Cəmiyyət

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı ilə bağlı memorandum imzalanıb

Sharing is caring!


“Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Oxu.Az xəbər verir ki, imzalanma bu gün Bakıda keçirilən “InMerge” İnnovasiya Sammiti çərçivəsində baş tutub.

Memorandumun məqsədi ölkədə sahibkarlıq mühitini formalaşdırmaq, maliyyələşməni tam funksional vəziyyətə gətirməkdir.

Memorandumu İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifəsini icra edən İnara Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və “PAŞA Holdinq”in İnnovasiyalar Şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir