Cəmiyyət

Göygöldə qəza: Xəsarət alanlar var – YENİLƏNİB

Sharing is caring!


Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin sürücüsü anidən yola çıxan heyvanı vurmaqdan yayınmağa çalışdığı zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə avtomobildə olan, 1999-cu il təvəllüdlü Elçin Əzizov və daha bir nəfər xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

21:17

Göygöl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Hacıməlik yolunda qeydə alınıb.

Avtomobil qəzası nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir