Cəmiyyət

Binanın damında heyvanlara işgəncə verəni hansı CƏZA GÖZLƏYİR? – VİDEO

Sharing is caring!


İti təpikləyir, ona yemək, su vermir, bu azmış kimi yağışda, qarda saxladığı bildirilir.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər yaxınlıqda yerləşən binanın sakinləri tərəfindən çəkilib. Onlar iddia edirlər ki, videodakı şəxs itləri binanın damına çıxarır və orada heyvanlara işgəncə verir.

Hadisə şahidlərinin sosial şəbəkələrdə yazdıqlarına görə, həmin şəxs hər dəfə binanın damına müxtəlif cins itlər çıxarır. Birinə işgəncə verib öldürdükdən sonra, başqa bir it gətirib eyni əməlləri ona qarşı tətbiq etdiyi iddia edilir.

Hüquqşünas Emil Aslanov deyib ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz rəftar edilməyə görə məsuliyyət nəzərdə tutulub. 

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu görüntülərdən sonra məsələ dərhal polis tərəfindən nəzarətə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir