Cəmiyyət

Bakıda ağac elektrik xəttinin üzərinə aşıb – FOTO

Sharing is caring!


Nəsimi rayonunda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırıb.

Oxu.Az xəbər verir ki, söhbət rayonun Asif Məhərrəmov küçəsi 24 ünvanından gedir. Güclü külək səbəbindən ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb. İki gündür ağacın bu vəziyyətdə qaldığı bildirilib. 

Məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən əraziyə baxış keçirilib:

“Dünən səhər saatlarından etibarən əsən güclü külək nəticəsində Nəsimi rayonu Asif Məhərrəmov 24 ünvanında zədələnmiş ağac aşıb. Ağac Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən dərhal ərazidən götürülüb. Onun yerində yeni şam ağacı əkilib. Ağaca zəruri olan agrotexniki qulluq göstərilib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir