Cəmiyyət

Məhkəmə Vətən müharibəsi iştirakçısına şərti cəza verdi

Sharing is caring!


Bakıda bərbərxananın qarşısında adam bıçaqlamaqda təqsirləndirilən Fuad Bağırova hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə F.Bağırov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Təqsirləndirilən şəxs 2 il sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum edilib.

Hadisə Bakının Nizami rayonunda yerləşən bərbərxanalardan birinin qarşısında baş verib. Belə ki, Fuad Bağırovun qardaşı Fərhad Bağırovla Elvin Bədəlli adlı şəxs arasında mübahisə yaşanıb. Tərəflərin əlbəyaxa dava etdiklərini görən Fuad qardaşını müdafiə etmək məqsədilə Elvin Bədəllinin qarın nahiyəsinə bıçaqla zərbə endirib. O, hadisədən sonra könüllü polisə gedərək təslim olub. F.Bağırova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fuad Bağırov II Qarabağ müharibəsi iştirakçısıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir