Cəmiyyət

Azərbaycanda 100-ə yaxın məktəbdə yoxlama aparılıb

Sharing is caring!


Bu il 93 ümumtəhsil məktəbində inspeksiya aparılıb.

APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, bunların 52-si Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 41-i isə regional idarələr tabeliyindəki müəssisələrdə olub.

“Həmçinin 28 məktəbəqədər təhsil müəssisəsində inspeksiya aparılıb. Monitorinqlərlə bağlı müvafiq hesabat həm təhsil müəssisələrinə, həm də nazirliyə təqdim olunub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir