Cəmiyyət

Bakı metrosundakı qatarlarda əsas nasazlıqlar nə ilə bağlı olur? – AÇIQLAMA

Sharing is caring!


“Metro vaqonlarında yaranan nasazlıqların əksəriyyəti qapılarla bağlı olur”.

Bunu APA-nın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, sıxlıq nəticəsində qapıların tutulub saxlanılması bir sıra problemlərə səbəb olur: 

“Lakin bu, o demək deyil ki, “Bakı Metropoliteni” QSC tərəfindən bütün qapılara və ümumiyyətlə bütün qatara texniki baxış keçirilmir. Əksinə, “Bakı Metropoliteni”də normativ tələblərə uyğun olaraq bütün qatarlar depo şəraitində baxış və qulluğa cəlb olunur. Qatarlara texniki xidmətin göstərilməsi ilə bağlı “Bakı Metropoliteni”nin normativləri mövcuddur. Qeyd edim ki, bundan əlavə olaraq hərəkətə başlamazdan öncə, depodan çıxarkən də qatarın maşinisti hərəkət tərkibinə mütləq qaydada texniki baxış keçirir, onun saz vəziyyətdə olmasını xüsusi qiymətləndirir. Yalnız bundan sonra qatar xəttə çıxır”.

O bildirib ki, xətlərdə hansısa nasazlıq aşkarlandıqda qatar ən yaxın olduğu dayanma nöqtəsinə verilir: 

“Qatara baxış keçirildikdə hansısa nasazlıq müəyyən olunarsa, onun depoya göndərilməsi ilə bağlı xüsusi qərar verilir. Bu addım da sərnişin sıxlığı və hərəkət intervalına təsir göstərməyəcək şərtlərlə həyata keçirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir