Cəmiyyət

Oğuzda ağır qəza: Avtomobillərdən biri kanala aşdı, digəri ağaca çırpıldı

Sharing is caring!


Oğuz rayonunda üç avtomobil toqquşub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək “Chevrolet Cruze” markalı avtomobillə dəyib, daha sonra kanala aşıb. Həmin vaxt arxadan gələn “Hyundai Tucson” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü ağır xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir