Cəmiyyət

Böyrək çatışmazlığından əziyyət çəkən Orxanın anası fəryad edir: Dəstəyə ehtiyacımız var – FOTO

Sharing is caring!


Səkkiz yaşlı Orxanın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Səkinə Əliyeva məlumat yayıb.

O bildirib ki, övladı bir böyrəklə anadan olub.

“Orxanın səkkiz yaşı var, bir böyrəklə doğulub. 5 yaşından isə digər böyrəyində problem olduğunu öyrənmişik. Xəstəliyini bildiyimiz gündən müalicələrini etdirsək də, artıq tükənmişik. Müalicələr üçün aylıq 500-600 manata ehtiyacımız olur. Hər üç-dörd aydan bir isə İran İslam Respublikasına yola düşüb, müayinələrini etdiririk. Hazırda yenidən İrana getməliyik, bunun üçün isə 1 000 manatımız çatmır. Sizin saytın oxucularının dəstəyi ilə son dövrlər övladımın müalicələrini tam edə bilirəm. Yardımsevər şəxslərdən bizə yenidən dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 552-62-81.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir