Cəmiyyət

Yanğından zərər çəkmiş şəxs: “60-70 min manat civarında mal yandı, kül oldu”

Sharing is caring!


“İnşaat sexim var idi. Yanğın başlayanda xəbər etdilər, qaçıb gəldim. Heç sexin qapısını aça bilmədim”.

Bunu Oxu.Az-a açıqlamasında zərərçəkmiş İntiqam Kərimov deyib.

O bildirib ki, yanğın səbəbindən sexdə olan 60-70 min manat civarında inşaat materialları yanıb:

“Səhər saatlarında yanğın başlayıb. Hələ biz də yanğının hansı səbəbdən başladığını bilmirik. Sex sığorta olunmamışdı. Heç biz sığorta ilə bağlı kimə müraciət edilməlidir, onu da bilmirdik. 60-70 min manat civarında mal yandı, kül oldu. Heç sexin qapısını da aça bilmədim. Bahalı cihazlar, dəzgahlar yandı. Mənə ümumilikdə dəymiş ziyan dəzgahlar və mal qarışıq 140-150 min manat dəyərindədir”.

Xatırladaq ki, noyabrın 23-ü, saat 5:55-də Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın başlayıb. Hadisə yerinə cəlb olunmuş Fövqəlada Hallar Nazirliyinin əməkdaşları hazırda yanğınla mübarizə aparırlar. 4 000 kvadratmetr sahəni əhatə edən yanğında bir nəfər həyatını itirib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir