Cəmiyyət

Qapı arxasında köməksiz vəziyyətdə qalan şəxs xilas edildi – VİDEO

Sharing is caring!




Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən Oxu.Az-a məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən bağlı qapı arxasında qalmış vətəndaşa müvafiq köməklik göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir