Cəmiyyət

Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq

Sharing is caring!


Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.

Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə qaçış tədbiri noyabrın 24-də Dənizkənarı Milli Park ərazisində keçiriləcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir. Yarışa saat 13:00-da start veriləcək. Ağ şəhər bulvarından Su İdman Sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi saat 16:30-da olacaq.

Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir