Dünya

“Bild”: “Almaniya Kansleri Olaf Şolts qadın namizəd axtarışındadır”

Sharing is caring!

Almaniya Kansleri Olaf Şolts müdafiə naziri Kristina Lambrextin istefasından sonra onun yerinə namizəd tapmaqda çətinlik çəkir.

Şolts səlahiyyət müddətinin əvvəlində söz verib ki, kabinetin ən azı yarısı qadınlardan ibarət olacaq. Bu səbəbdən də vəzifəyə namizəd təyin edilməsi ilə bağlı problem yaşanır.

Belə ki, kansler müdafiə naziri postuna məhz qadın namizədin seçilməsini istəyir.

Bundestaqın vitse-prezidenti Volfqanq Kubiskinin fikrincə, kansler bu məsələyə namizədlərin cinsi nöqteyi-nəzərindən deyil, səlahiyyətlərini yerinə yetirib-yetirməyəcəkləri baxımından diqqət yetirməlidir.

Mənbə: “Bild”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir