Dünya

Ukraynada bir gecədə 5 nəfərlik ailənin 4 üzvü həlak olub – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetsk, Luqansk, Xarkov, Xerson və Nikolayev vilayətlərinə Rusiya Ordusunun separatçılarla birgə hücumu daha da artıb.

“Xerson şəhəri dayanmadan qısaməsafəli artilleriya atəşinə tutulur. Ötən gün endirilən zərbələr nəticəsində 5 nəfərlik ailənin 4 üzvü həlak olub. 10 nəfərə yaxın yaralının olduğu bildirilir”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, gözlənilən yeni silahların və artilleriya sisteminin gətirilməsindən sonra Ukrayna Ordusu əks-hücum əməliyyatları ilə Soledar və Avdeyevka kimi işğal olunmuş şəhərləri azad etmək imkanı əldə edə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir