Cəmiyyət

Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb

Sharing is caring!


Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 820 ədəd avtomobil ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 276 ədəd və ya 21,02% azalıb, lakin dəyəri 126,78 milyon dollar və ya 51,7% artıb.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 096 ədəd avtomobil ixrac edib.

Cari ilin ilk 3 rübü ərzində Gürcüstan ümumilikdə 1 milyard 762 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,65 dəfə çoxdur. Bu il avtomobil Gürcüstanın əsas ixrac məhsulu olub və ölkənin ümumi ixracının 34,5%-ni təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir