Cəmiyyət

Xırdalanda ətraf mühiti çirkləndirən sahibkar barəsində protokol tərtib olunub

Sharing is caring!


Xırdalanda ətraf mühiti məişət tullantıları ilə çirkləndirən sahibkar barəsində protokol tərtib olunub.

Abşeron Rayon Polis İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti birgə tədbir zamanı Xırdalan şəhərində məişət tullantıların qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir