Cəmiyyət

Natəvanın həyat yoldaşı DANIŞDI: “Xəstələnməyinə səbəb özündən başqa hamını düşünməsi idi” – VİDEO

Sharing is caring!


“Natəvan son günlərini ümidlə yaşayırdı”.

Bu sözləri xərçəng xəstəliyindən dünyasını dəyişən telejurnalist Natəvan Babayevanın həyat yoldaşı Etibar Babayev ARB-yə açıqlamasında deyib.

O bildirib ki, Natəvan övladının xeyir işini görməyi çox arzulayırdı:

“Natəvan üçün valideynlərindən sonra ən böyük sevgisi övladı olub. Deyirlər ki, uşaq atadan yox, anadan yetim qalır. Mənim üçün ən ağır hiss övladımın anasız qalmağı oldu. Özü üçün yox, yaxın ətrafı üçün əlindən gələni əsirgəməyib. Natəvan 7 ilə yaxın ağır xəstəlik keçirdi. Düşünürəm ki, o, xəstə halı ilə analıq borcunu layiqincə yerinə yetirdi. Onun dünyasını dəyişəndən sonra bu hadisənin bu qədər rezonansa səbəb olacağını təsəvvür belə etmirdim. Bəlkə də onun xəstələnməyinə səbəb özündən başqa hamını düşünməsi idi. Anasını, arxasınca atasını itirdi, qısa zamanda stres yaşadı. Özündən başqa ətrafı üçün “yanan” insan olub”. 

Mərhumun həyat yoldaşı onun dünyasını dəyişdiyini öz gözləri ilə gördüyünü söyləyib: 

“O öz xəstəliyini bilirdi, amma bu qədər ağır olacağını və dünyasını belə tez dəyişəcəyini bilmirdi. Danışmağa halı belə yox idi. Övladımızı görmək istədi və onunla görüşdü”. 

Qeyd edək ki, Natəvan Babayeva illər əvvəl keçmiş ANS televiziyasında çalışıb. O, son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub. Natəvan bu il iyulun 20-də Milli Onkoloji Mərkəzində 46 yaşında uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib. O, ölümündən bir gün sonra səhər saatlarında doğulduğu Salyan rayonunun Parça Xalac kəndinə gətirilərək dəfn olunub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir