Cəmiyyət

Yevlaxda əməliyyat: Silahların könüllü təhvil verilməsi təmin edildi

Sharing is caring!


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdkləri profilaktiki tədbirlərlə qanunsuz saxlanılan silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, qeyd edilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən üç müxtəlif kalibrli ov silahı təhvil götürülüb.

Bundan başqa keçirilən digər bir tədbirlə sanitariya və gigiyena qaydasının pozulması, tullantıların urnalardan kənara atılması halı da aşkarlanıb.

Ərazinin zibillənməsi halı ilə bağlı cavabdeh şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir