Cəmiyyət

Meteohəssas insanların NƏZƏRİNƏ: Qasırğa gözlənilir

Sharing is caring!


Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub.

Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Oxu.Az-a verilən məlumata görə, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır.

Noyabrın 22-dən etibarən isə geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/saat intervalındadır.

Dekabrın 5-də isə G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Qeyd edək ki, maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023-cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir