Cəmiyyət

Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub – FOTO

Sharing is caring!


Şahbuzun Mahmudoba kəndində iki gündə üç dəfə yanğın olub.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kənddə ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın fərdi yaşayış evinə keçməsinə imkan verilmədən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir