Cəmiyyət

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir

Sharing is caring!


Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib-hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda, bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələr və onların maliyyə hesabatları da aid edilir.

Həmçinin, maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunması da yeni qaydada tənzimlənəcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, mühasibat uçotu sənədlərində dövlət sirri və (və ya) kommersiya sirri hesab edilən məlumatlar olduqda bu məlumatların açıqlanması “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun həyata keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir