Siyasət

Həmid Həmidov ABŞ dövlət katibinin köməkçisinin Azərbaycan əleyhinə bəyanatlarına münasibət bildirdi – VİDEO

Sharing is caring!


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn mövcud olmayan, ancaq amerikalılar tərəfindən nədənsə “Dağlıq Qarabağ” adlandırılan qurumun “gələcəyi” barədə Nümayəndələr Palatasında dinləmələr zamanı Azərbaycanın sentyabrın 19-da keçirdiyi lokal antiterror tədbirlərindən sonra Vaşinqtonun Bakıya münasibətindən danışıb. Onun sözlərinə görə, bu səbəbdən bir sıra yüksəkrütbəli şəxslərin səfərləri təxirə salınıb. O-Brayn bunun bərpa edilməsinin şərtinin amerikalıların sülh istiqamətində irəliləyişi görməli olduğunu bildirib.

Sözügedən məsələ ilə əlaqədar dərhal bir neçə sual ortaya çıxır: Birincisi, ABŞ Administrasiyasının nümayəndələri hansı səbəbdən bu qədər absurd mövzu üçün diskussiyalar təşkil etmək qərarına gəliblər? Ümumilikdə isə maraqlıdır – Bakı ilə Vaşinqton arasında münasibətlərin dondurulması kimə sərfəlidir? Həmçinin ABŞ münasibətlərdə fasilə ilə Cənubi Qafqaz regionunda öz maraqlarını necə təmin etmək fikrindədir?

“Global Media Group”un media direktoru, tanınmış jurnalist Həmid Həmidov bununla bağlı fikirlərini Baku TV ilə bölüşüb.

Onun sözlərinə görə, bu dinləmələr azərbaycanlılar arasında ancaq gülüşə səbəb olub:

“Çünki bu dinləmələri nəinki obyektiv adlandırmaq olmaz, hətta buna ciddi yanaşmaq alınmır. Orada çıxış edən insanlar, səsləndirilən tezislər ancaq bir düşüncə yaradır ki, bütün bunlar qərəzlidir, Azərbaycanın əleyhinədir və Azərbaycanla Ermənistan arasında həqiqətdə nələr olub, nə baş verir və nələr ola biləcəyini real araşdırmaq istəyi yoxdur”.

H.Həmidovun fikrincə, amerikalıların belə münasibətinə səbəb lokal antiterror tədbirlərini “bağışlaya” bilməmələridir:

“Həmişə olduğu kimi düzgün hesab etdiyimiz şəkildə, öz iradəmizlə tədbirə qərar verildi, möhtəşəm şəkildə həyata keçirildi və Azərbaycanın suverenliyi tam bərpa edildi. Vaşinqton nədənsə elə hesab edir ki, biz bunu razılaşdırmalıydıq, icazə almalıydıq. Biz isə heç kimdən heç nə almamalıyıq”, – deyə jurnalist əlavə edib.

O, bu dinləmələrdə ABŞ-dəki Ermənistan diasporunun fəaliyyətini də qeyd edib:

“Onlar seçkilərə bir il qalmış bu mövzu üzərindən oynayırlar, bu və digər namizədləri diaspor səsləri ilə şantaj edirlər”.

Həmid Həmidov amerikalıların davranışında əsasən bu iki faktorun göründüyünü, müşahidə edildiyini vurğulayıb.

“Heç kimə bizə güc mövqeyi nümayiş etdirmək, diktə ilə danışmaq, öz iradələrini zorla qəbul etdirmək icazəsi verilməyib”, – deyə H.Həmidov qətiyyətlə bildirib.

Ətraflı süjetdə:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir