Cəmiyyət

Nömrəsiz sürdüyü maşınla sürət həddini aşaraq, təhlükə törətdi – VİDEO

Sharing is caring!


Bakıda avtomobili nömrəsiz idarə edərək, sürət həddini aşan sürücü təhlükə törədib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Digər sürücülər tərəfindən paylaşılan görüntülərin hava limanı yolunda çəkildiyi bildirilib.  

Belə ki, yolda maksimal sürət həddi 90 km/saat olduğu halda, “AzSamand” markalı, ağ rəngli avtomobilin sürücüsü buna məhəl qoymayaraq, yüksək sürətlə ötmə əməliyyatı edib.

Digər hərəkət iştirakçılarına təhlükə törədən sürücünün avtomobili ön və arxa nömrələri olmadan idarə etdiyi də videogörüntüdə əks olunub.

Görüntüləri təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir