Dünya

Məşhur rusiyalı teleaparıcıya görə universitetin rəhbər işçisi işdən çıxarıldı

Sharing is caring!


Məşhur rusiyalı teleaparıcı İvan Urqant Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin dekanının işdən çıxarılmasına səbəb olub.

İvan Urqant oktyabr ayında universitetin Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladzenin dəvəti ilə tədris müəssisəsində mühazirə oxuyub. Bu isə universitet rəhbərliyinin xoşuna gəlməyib və dekan müavini noyabr ayında işdən uzaqlaşdırılıb.

İvan Urqant məsələ ilə bağlı öz “Telegram” kanalında etdiyi paylaşımda baş verənlərin bir teatr tamaşası olduğunu istehza ilə qeyd edib.

Universitetin saytında Yuri Kobaladzenin 2014-2023-cü illərdə bu vəzifədə çalışdığı bildirilib.

Mənbə: RBC.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir