Cəmiyyət

Bakı-Şamaxı yolunda qəza törədən sürücü hadisə yerindən qaçdı – ANBAAN VİDEO

Sharing is caring!


Bakı-Şamaxı magistralında yol hərəkəti qaydalarını kobud şəkildə pozan “Niva” qəza törədib.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qəzanın görüntüləri yolun sağ zolağında hərəkətdə olan “Mitsubishi” markalı avtomobilin videoqeydiyyatçısı vasitəsilə lentə alınıb. 

Belə ki, sol zolaqla sürətlə gələn “Niva” markalı nəqliyyat vasitəsi qarşısındakı avtomobili keçmək üçün sağ zolağa sərt manevr edib və bu zaman “Mitsubishi” markalı avtomobilə sol tərəfdən çırpılıb. Qəza törədən sürücü heç nə olmamış kimi yoluna davam edərək hadisə yerindən uzaqlaşıb. Qəza şəraiti yaradan sürücünün bu cür məsuliyyətsiz davranışı şiddətlə qınanıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, belə faktlarla üzləşən hərəkət iştirakçılar əllərində olan videosübutlarla BDYPİ-yə müraciət edə bilərlər. 

“Qeyd edilən məsələnin araşdırılması və hadisəyə hüquqi qiymət verilməsi barədə zəruri addımlar atılacaq.  

Sözügedən videogörüntülərdə “Niva” markalı nəqliyyat vasitəsi yol hərəkəti qaydasını pozur. Bu davranışa görə həmin sürücüyə İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.6 maddəsinə əsasən 4 cərimə balı və 100 manat məbləğində cərimə protokolu tərtib ediləcək.

Həmin hadisədə zərərçəkən “Mitsubishi” markalı nəqliyyat vasitəsinin sürücüsünün videomaterialla birlikdə BDYPİ-yə müraciət etməsi tövsiyə edilir. Bəzi məlumatların dəqiqləşdirilərək məsələnin araşdırılması və yekun nəticə barədə ictimaiyyətə məlumat verilməsi təmin ediləcək”. 

Həmin görüntüləri təqdim edirik:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir