Cəmiyyət

Başqasına məxsus “Prius”la qəza törətdi, öldü

Sharing is caring!


Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər-Goranboy yolunun Seydimli kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Balakəngərli kənd sakini, 2000-ci il təvəllüdlü Bəhruz Mənaf oğlu Məmmədov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə qəza törədib. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Bildirilib ki, avtomobil B.Məmmədova məxsus olmayıb. O, etibarnamə olmadan Nicat Şükürov adlı şəxsə məxsus avtomobili idarə edirmiş.

Faktla bağlı cinayət işi başlanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir