Dünya

Macarıstanın Baş naziri: “Avropa sadəcə dağılacaq”

Sharing is caring!


“Avropa İttifaqının hazırkı liderləri Avropanın tənəzzülünə səbəb ola və onu gələcəyi olmayan açıq səma altında muzeyə çevirə bilərlər”.

Bu sözləri Macarıstanın Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim “Fides – Macarıstan Vətəndaş Birliyi” partiyasının qurultaylında çıxışı zamanı deyib.

O qeyd edib ki, bütün dünya özünü yeniləsə də, Brüssel Avropaya xaosa sürükləyən köhnəlmiş inkişaf modelini təklif edir.

“Getdikcə daha az insan işləmək istəyir və getdikcə daha çox insan həyatını işsiz yaşamaq istəyir. Sosial nizam yox olur, miqrasiyanın nəticələri idarəolunmazdır və investorlar pullarını Avropadan Amerika və Asiyaya köçürür” – deyə Viktor Orban qeyd edib.

Siyasətçi söyləyib ki, onun ölkəsi Avropanın, xüsusən də Macarıstanın keçmişi və gələcəyi olmayan açıq səma altında muzeyə çevrilməsini istəmir.

Macarıstanın hökumət başçısının sözlərinə görə, avropalılar Brüssel modelinə “yox” deməlidirlər, çünki bu, sonda onların məhvi ilə nəticələnəcək.

“…və bu ölüm nə dramatik, nə də qəhrəmanlıq olacaq. Avropa sadəcə dağılacaq” – deyə o xəbərdarlıq edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir