Cəmiyyət

“Bakı Metropoliteni” işçilər axtarır

Sharing is caring!

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.

Müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:

– yaşı 24-30 arasında olan kişilər və qadınlar;

– ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

– kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris nəzəri və praktiki hissələrdən ibarət olmaqla 6-7 ay davam edəcək.

İddiaçılar “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “maşinist” qeyd olunmalıdır.

Qeyd edək ki, elektron ərizələr 7 sentyabr 2022-ci il tarixindən 25 sentyabr 2022-ci il tarixinə qədər qəbul edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir