Cəmiyyət

Paytaxt yollarında çəkilən zolaqların enli olması tıxaca səbəb olur? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Son günlər paytaxt yollarında zolaqların enli olması ilə bağlı şikayətlər artıb.

Sürücülər bildiriblər ki, zolaqların enli olması ara məsafəsinin geniş olmasına səbəb olur, bu da öz növbəsində tıxaclara və yolun yüklənməsinə şərait yaradır. 

Bəs görəsən, paytaxt yollarında zolaqlar hansı meyarlara əsasən çəkilir və mövcud zolaqlar qənaətbəxşdirmi?  

Nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Bizim.media-ya açıqlamasında bildirib ki, şikayətçilərin fikirləri ilə razıdır: 

“Bəli, Bakı şəhərində zolaqların eni daha çoxdur. Halbuki zolaqların enini qısaltmaqla daha effektiv hərəkəti təmin etmək olar. Belə olan halda bir yolda 3 və ya 4 zolaq çəkmək olar”. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə bağlı açıqlama verib:

“Avtomobil yolunun texniki dərəcələrinə, normativə uyğun olaraq bu zolaqlar çəkilir. Zolaqların eni isə avtomobil yollarının kateqoriyasına uyğun hesablanıb. Burada standartlar var. Sözügedən məsələdə təkcə minik avtomobilləri yox, yük avtomobilləri də nəzərə alınır. Təbii ki, beynəlxalq təcrübə də diqqətdə saxlanılır. 

Ancaq ümumən bu məsələ ilə bağlı yerli standartlar var. Burada söhbət Azərbaycan qanunvericiliyindən gedir. Hər hansı bir dövlətin qaydası burada tətbiq oluna bilməz, lakin beynəlxalq standartlara uyğun olaraq bu məsələlər müəyyənləşdirilir”. 

Məlumat üçün mövcud standartı diqqətinizə çatdırırıq: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir