Dünya

Macarıstanın baş naziri etirazçı fermerlərlə görüşdü: “Brüsseldə rəhbərliyi dəyişmək lazımdır” – VİDEO

Sharing is caring!


Macarıstan Baş naziri Viktor Orban Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə şam yeməyindən imtina edib və bunun əvəzinə etirazçı fermerlərlə görüşüb.

Orban bununla bağlı videogörüntüləri “X” hesabında paylaşıb.  

“Avropanın səhvi odur ki, xalqın səsi liderlər tərəfindən ciddi qəbul edilmir. Bu, bir nömrəli problemdir. Biz miqrasiyanı, Ukraynadakı müharibəni və sair məsələləri müzakirə edirik, lakin liderlər küçədəki insanların səsini ciddi qəbul etmirlər”, – deyə Orban etirazçılarla söhbəti zamanı jurnalistlərə bildirib.

Viktor Orban qeyd edib ki, iyunda Avropa Parlamentinə keçiriləcək seçki zamanı Brüsseldə rəhbərliyi dəyişmək və xalqı təmsil edəcək şəxsləri təyin etmək lazımdır.

Mənbə: “The Guardian”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir