Cəmiyyət

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayıb – FOTO

Sharing is caring!


Bu gün 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Festivalın direktoru Feyruz Şamıyev bildirib ki, hər il belə festivallarla ölkəmizdə olan kino sənayesinə az da olsa, təkan verilir. Onun sözlərinə görə, artıq Qarabağdakı qələbəmiz də müəllif düşüncələrinə müsbət mənada təsir edəcək.

Qeyd edək ki, bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, “Asiya istedadları” və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir