Cəmiyyət

Qusarda 21 yaşlı qadın cərrahiyyə əməliyyatından sonra ölüb – VİDEO

Sharing is caring!


Qusarda 21 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, Xaçmaz rayon Çiləgir kənd sakini, 21 yaşlı Aysel Babayeva qadın xəstəliyi ilə bağlı rayon xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Həkimlər yumurtalıq hissəsində şiş olması barəsində ona məlumat verməyiblər.

Oktyabrın 23-ü yenidən özünü narahat hiss edən gənc qadın yaxınlarının köməyilə Qusar Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Yaxınlarının sözlərinə görə, anidən halı pisləşən qadın müayinə üçün xəstaxanaya aparılıb. Müayinə olunduqdan sonra əməliyyata alınıb.

Mərhumun qayınanası İlhamə Babayeva deyib ki, gəlini həkim-ginekoloq Yelena Tağıyeva tərəfindən əməliyyat olunub. Əməliyyatdan iki gün sonra isə verilən narkozun təsirindən ayılmayaraq dünyasını dəyişib.

Qusar Mərkəzi Xəsətxanasının həkim-ginekoloqu Yelena Tağıyeva da məsələyə münasibət bildirib.

Həkimin sözlərinə görə, Aysel Babayeva xroniki qaraciyər çatışmazlığından əziyyət çəkib. Bunu ekspertiza da göstərib, amma tam yekun qərar ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir