Cəmiyyət

Almaniyalı nazir: “Qarabağ Azərbaycan ərazisidir”

Sharing is caring!


“Qarabağ Azərbaycan ərazisidir. Almaniya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o, Cənubi Qafqazda insanların arzusu budur ki, regionda sülh və əmin-amanlıq olsun.

“Mən Bakıda da insanları dinlədim. Onların qayğıları sülh və təhlükəsizliklə əlaqədardır. Mən vaxtı ilə Ermənistandan Azərbaycana köçmüş insanlarla da ünsiyyətdə oldum”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir