Cəmiyyət

Ceyhun Bayramov: “Azərbaycan Almaniya ilə münasibətlərin inkişafına önəm verir”

Sharing is caring!


“Azərbaycan Almaniya ilə münasibətlərin inkişafına önəm verir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berboku ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, almaniyalı həmkarı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ətraflı müzakirə aparıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanla Almaniya arasında uzun illərdir müxtəlif sahələrdəki əlaqələr inkişaf edib.

“Azərbaycanda 200-dən artıq Almaniya şirkəti fəaliyyət göstərir. Almaniyanın Cənubi Qafqaz ölkələri üzrə ticarət dövriyyəsinin 70 faizi Azərbaycanın payına düşür. Azərbaycan Neft Fondu Almaniyaya çoxmilyardlı sərmayə yatırıb”, – deyə nazir əlavə edib.

Ceyhun Bayramov bildirib ki, almaniyalı həmkarı ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini də müzakirə edib.

“Həm sülh müqaviləsinin irəliyə aparılması, həm kommunikasiyaların açılması, həm də sərhədlərin delimitasiyası istiqamətində aparılan işlər barədə xanım nazirə məlumat verdim. Amma Ermənistan bir çox məsələdə ardıcıl olaraq qeyri-müəyyən mövqe göstərir”,-deyə Ceyhun Bayramov qeyd edib.

Ceyhun Bayramov almaniyalı nazirə Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri barədə məlumat verdiyini də diqqətə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir