Cəmiyyət

Azərbaycanda onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunmasına görə hesablamalar aparılır

Sharing is caring!


“Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib. Hazırda hesablamalar aparılır”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sığorta dəqiq hesablamalar tələb edir:

“Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik. Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq. Bunun nəticəsində məlum olacaq ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində neçə qarşılanacaq. Adətən ən çox müraciət olunan xəstəliklər nəzərə alınır. Bu gün ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Yəqin ki, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir