Cəmiyyət

Alimpaşa Məmmədovun işini araşdıracaq yeni hakim məlum olub – FOTO

Sharing is caring!

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işinə sədrlik edəcək yeni hakim məlum olub.

APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan iş hakim Elmin Rüstəmovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Alimpaşa Məmmədovun cinayət işi hakim Nural Əliyevin icraatına verilmişdi. Onun sədrliyi ilə 5 iclas keçirilib. Bir müddət əvvəl isə Nural Əliyev Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir