Cəmiyyət

Bakıda qırmızı işıqda keçən BMW qəza törədib aşdı: Xəsarət alan var – VİDEO

Sharing is caring!

Paytaxtın 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, iki minik avtomobili toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrindən biri aşıb.

Qəza ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli bildirib ki, bu gün saat 15:00-da BMW markalı avtomobil işıqforun qırmızı işığından keçib və “Toyota Camry” markalı avtomobillə toqquşub:

“Daha sonra BMW markalı avtomobil dirəyə çırpılıb. Baş verən hadisə zamanı xəsarət alan var. Araşdırma aparılır”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza zamanı təhlükəsiz şəhər kamerası da yararsız vəziyyətə düşüb.

Həmin qəza yerindən görüntüləri təqdim edirik:

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir