Cəmiyyət

Xəzər dənizində qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar

Sharing is caring!


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti birgə nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə xidmətdən məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, qanunsuz ov edən şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri, 685 ədəd müxtəlif növ balıq, 350 metr uzunluğunda sintetik tor götürülüb və təbiətə 7 601 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir