Cəmiyyət

Rəşidə Rəşid həyat yoldaşı ilə çəkilmiş arxivini paylaşdı: “Unudulmaz günlər” – FOTO

Sharing is caring!


Efirlərdən uzaqlaşan opera və vokal müğənnisi, Əməkdar artist Rəşidə Rəşid həyat yoldaşı Kamil Şahverdiyevlə bağlı etdiyi arxiv paylaşımı ilə sükutu pozub.  

Sənətçi qış aylarında əlində bir dəstə çiçəklə əri ilə illər əvvəl çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq yaşadığı xatirələrini dilə gətirib. 

Rəşidə paylaşımına “Dünya klassik səhnəsinin böyük ustadları ilə musiqi, yaradıcılıq və ünsiyyətlə dolu gözəl inanılmaz günlər oldu. Səfərlər, görüşlər, çəkilişlər, konsertlər, xarici jurnalistlərlə görüşlər, hökumət tədbirləri, qəbullar. Çox xoşbəxt idim. Unudulmaz günlər” sözlərini yazıb.  

Qeyd edək ki, Rəşidə Rəşid mərhum Xalq artisti Rəşid Behbudovun qızıdır. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir