Cəmiyyət

Sumqayıtda silahla evə basqın edərək iki nəfərin qətlinə görə saxlanılan şəxs həbs olunub

Sharing is caring!


Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 4 nəfərin xəsarət almasında şübhəli bilinən Müşviq Tağıyev Sumqayıt Şəhər Məhkəməsinə gətirilib.

“Report”un məlumatına görə, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə M.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, qətl törətməkdə şübhəli bilinən şəxs 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Müşfiq Tağıyevin öldürülən şəxslərlə qonşu olduğu bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir