Cəmiyyət

Bakıda daha bir piyada səkisini parklanma yeri etmək istədilər – FOTO

Sharing is caring!


Bakının Xəzər rayonu, Şağan qəsəbəsində piyada səkisini parklanma yerinə çevirmək
istəyiblər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, ərazidə yeni tikili inşa olunub. 

Nəticədə obyektin qarşısında piyada səkisinin bir hissəsi dağıdılıb.

Məsələ barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xəzər rayonu, Şağan qəsəbəsində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib və qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı səkinin dağıdılması faktı aşkarlanıb:

“Nəticədə aparılan işlər Baş İdarə tərəfindən dayandırılıb və səkinin bərpa olunması üçün müvafiq xəbərdarlıq edilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtın Nizami rayonunun Babək prospekti, 109A ünvanında tikilən qeyri-yaşayış binasının qarşısındakı piyada səkisi dağıdılaraq avtomobillər üçün parklanma yeri yaradılırdı. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir