Dünya

İstanbulda gecə klubunda silahlı insident olub, xəsarət alanlar var – VİDEO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərinin Sarıyer bölgəsindəki gecə klubunda yaranan mübahisə silahlı insidentlə nəticələnib.

Məlumata görə, gecə klubuna daxil olmaq istəyən bir qrup şəxs məkanın işçiləri ilə mübahisə edib. Daha sonra silahlanaraq kluba qayıdan şəxslər oradakılara atəş açmağa başlayıblar. Hadisə yerinə gələn polislərlə silahlı şəxslər arasında qarşıdurma yaranıb.

Qeyd edək ki, hadisə zamanı iki polis, gecə klubunun iki əməkdaşı və bir taksi sürücüsü xəsarət alıb.

Silahlı şəxslər hadisə yerindən qaçıblar.

Mənbə: ntv.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir