Cəmiyyət

Azad edilmiş ərazilərə əhalinin içməli su ilə təchizatı nə yerdədir? – AÇIQLAMA

Sharing is caring!


“Azad edilmiş ərazilərə köçürülən əhalinin içməli su ilə təchizatında heç bir problem yoxdur”.

Bu barədə “Trend”ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

O bildirib ki, hazırda Füzuli şəhərinin xarici su təchizat sistemləri qurulur.

“Burada mənbə, mənbədən şəhərə magistral kəmərin çəkilməsi, mənbədə anbarın tikintisi layihəsi icra olunur”, – deyə o qeyd edib.

Qeyd edək ki, bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir