Cəmiyyət

Canlı yayıma qoşulan qalmaqallı psixoloqdan SƏRT SÖZLƏR: “Heç biriniz ehtiyacımı ödəyə bilməzsiniz” – VİDEO

Sharing is caring!


Son günlər səsləndirdiyi fikirlərlə gündəm olan psixoloq Əfsanə Rüstəmova ilə aktyor Azər Baxşəliyev arasında qalmaqal baş verib.

Oxu.Az xəbər verir ki, hadisə ATV-də yayımlanan “El canlı” verilişində baş verib. Belə ki, psixoloq canlı yayıma qoşulub. O, aktyorun “sizin bütün ehtiyaclarınız ödənilib?” sualına sərt cavab verib:

“Mənim indiki ehtiyaclarımı orada oturanlardan heç kim ödəyə bilməz. Sualın etik olduğunu düşünmürəm. Kifayət qədər pasiyent görmüşəm, təhsil almışam. Bir söz deyəndə şəxsi təcrübəyə istinad etməyin doğru olmadığını düşünürəm”.

Qeyd edək ki, psixoloq Əfsanə Rüstəmovanın ötən günlərdə səsləndirdiyi fikirlər geniş müzakirələrə yol açmışdı.

“Emosional ehtiyacı ödənməyən qadının boşanmağa hüquqi haqqı var. 3 000 manatlıq telefona emosional ehtiyacım varsa, həyat yoldaşım onu ya almalıdır, ya da boşanmalıdır. İmtina şansım var”, – deyə o söyləmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir