Cəmiyyət

Şadlıq evində 18 yaşlı oğlanı bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Sharing is caring!


Bakıda şadlıq evində adam bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Polad Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 26-sı Binəqədi rayonu, Binəqədi şosesində yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

Spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü Polad Vüqar oğlu Salmanov 2005-ci il təvəllüdlü Xəyal Səbuhi oğlu Hüseynova bıçaq xəsarəti yetirərək restorandan qaçıb.

O, Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma-ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsilə ittiham edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir