Cəmiyyət

Yevlaxda sakinlər susuz qalıb: Uşaqlarını qonşularda çimizdirirlər – VİDEO

Sharing is caring!


Yevlax şəhəri, Bakı prospekti, 10A ünvanında yaşayan sakinlər həm içməyə, həm də məişətdə istifadəyə su tapmırlar.

Bir neçə aydır yaşanan bu problem insanları sözün əsl mənasında təngə gətirib.

Mahir Məmmədov deyir ki, suyu verilməyən binada 30 ailə yaşayır:

“Hər gün beşinci mərtəbəyə qablarda su daşıyırıq”.

Başqa bir sakin Leyla Şərifova da susuzluğa görə zülm çəkdiklərini söyləyib:

“Uşaqlarımızı qonşularda çimizdirir, paltarlarımızı orada yuyuruq”.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir