Cəmiyyət

Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu – FOTO/VİDEO

Sharing is caring!


Bakının Nəsimi rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.media-nın məlumatına görə, hadisə metronun “20 Yanvar” stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, KIA, “Mercedes-Benz” və “Opel” markalı avtomobillər toqquşub. Qəza nəticəsində KIA markalı avtomobilə daha çox ziyan dəyib. Digər avtomobillər isə qismən əzilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Nəqliyyatın hərəkətinə mane olmamaq üçün qəzaya uğrayan avtomobillər ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir