Cəmiyyət

Üç yaşlı Xədicə qaynar suda yanıb: “Bint almağa belə, imkanımız yoxdur” – FOTO

Sharing is caring!


Üç yaşlı körpə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a onun anası Kəmalə Ruşanova məlumat verib.

O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Xədicə Ruşanzadə ağır yanıq xəsarətləri alıb:

“İyulun 19-da biz Ucarda yas mərasimində iştirak edirdik. Bu zaman qızım bir qıraqda dayanmışdı. Ondan bir az aralıda odun sobasının üzərində qaynayan çaydan qəfil partladı və qızımın başına dəydi. Biz Xədicəni dərhal Bakıdakı xəstəxanaya çatdırdıq.

Xədicə bir müddət xəstəxanada müalicə alsa da, maddi vəziyyətimiz yaxşı olmadığı üçün onun müalicəsini yarımçıq saxlamağa məcbur olduq. Hazırda, inanın, nəinki dərman, bint almağa belə, imkanımız yoxdur. Borc istəməyə də heç kimimiz qalmayıb. Yardımsevər şəxslərdən bizə bu çətin vəziyyətdən çıxmaq üçün dəstək olmağı xahiş edirəm. Xədicənin dərmanlarını almaq üçün hazırda 800 manata ehtiyacımız var”.

Ailə ilə əlaqə: (077) 518-30-31

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir