Dünya

“Mercedes-Benz” bütün dünyadan 250 min avtomobili geri çağırır

Sharing is caring!


Alman avtomobil istehsalçısı “Mercedes-Benz” dünya üzrə 250 minə yaxın avtomobilini geri çağırır.

Məlumata görə, söhbət 2023-cü ildə buraxılan “AMG GT”, “C-Class”, “CLE”, “E-Class”, “EQE”, “EQS”, “GLC”, “S-Class” və “SL” modellərindən gedir. Avtomobillərin geri çağırılmasına səbəb bəzi qoruyucuların tələblərə cavab verməməsidir. Bu da öz növbəsində mühərrikin sıradan çıxmasına səbəb ola bilər. Yanğın riskini də istisna etmək olmaz.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir