Cəmiyyət

Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Sharing is caring!


Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Qasımov Elmar Vaqif oğlu barəsində cinayət işi başlanılıb.

APA xəbər verir ki, Elmar Qasımov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib.

İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Elmar Qasımov barəsində cinayət işinin istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir